Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailəsi ziyarət olunub

21 sentyabr 2022 | 14:39

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov və digər məsul şəxslər 44 günlük Vətən müharibəsi şəhidi Quliyev Bəhruz Firuz oğlunun ailəsini Anım Günü ərəfəsində ziyarət ediblər.

İcra başçısı bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli ordumuzun qazandığı Böyük tarixi zəfər 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsini uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Görüş zamanı Şəhidimizin ailə üzvləri onlara daim diqqət və qayğı ilə yanaşan ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə edərək, bir sıra məsələlərin həlli ilə bağlı müraciət etmişdir.

ŞİH başçısı qeyd olunan məsələlərin qısa müddətdə həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Qeyd edək ki, Quliyev Bəhruz Firuz oğlu ölkə rəhbərinin müvafiq Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", “Laçının azad olunmasına görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Keçidlər