Şriftin ölçüsü :

Saytın rəngi :

“Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu Naftalanda

23 noyabr 2022 | 15:06

PAŞA Holdinqin dəstəyi ilə Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə ölkənin bir sıra şəhər və rayonlarında “Vətən Bağı” layihəsini həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hər şəhər və rayonun şəhidlik zirvəsinə ucalan igidlərinin sayına uyğun ağac əkilib.

Naftalanda da “Vətən Bağı” ağacəkmə aksiyası şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, PAŞA Holdinqin  dəstəyi ilə  uğurla icra edilib. Tədbirdə ŞİHB müavini, “Qırmızı Ürəklər” Xeyriyyə Fondunun rəhbəri, Kapital Bankın Naftalan filialının müdiri və əməkdaşları iştirak ediblər.  

Şəhərin “Qələbə” parkında keçirilən aksiyada 50-dən çox ağac əkilib. Əkilən ağaclara aqrotexniki qaydalarla qulluq olunması, suvarlanması aidiyyəti qurumlar tərəfindən həyata keçiriləcək.

Keçidlər