Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda vətəndaş qəbulu keçirilib

17 iyun 2022 | 15:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev Naftalan şəhərində vətəndaşları qəbul edib. 

Qəbulda Naftalan şəhəri və Goranboy rayonunun sakinləri iştirak ediblər. 

Müraciətlər əsasən özünüməşğulluq proqramı, işlə təminat, peşə kurslarında iştirak və qurumun fəaliyyətinə dair digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətləri üzrə suallar cavablandırılıb, əlavə araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

Keçidlər