Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda turizmin inkişafı ilə bağlı yeni layihələr reallaşdırılır

29 iyun 2022 | 12:48

Naftalan Şəhər İcra Hakimiyyətində Azərbaycan Turizm Bürosu və Dövlət Turizm Agentliyinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə ŞİH–nin başçısı Vüqar Novruzov, Gəncə Turizm İnformasiya Mərkəzi Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov, BMT-nin İnkişaf Proqramı çərçivəsində “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına dəstək” layihəsinin rəhbəri Rüfət Bağırov, Azərbaycan Turizm Bürosunun regional inkişaf şöbəsinin müdiri Hüseyn Məmmədov, Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin mütəxəssisi Yeganə Mirzəyeva, digər məsul əməkdaşlar iştirak edib.

ŞİH-nin başçısı qonaqlara eyniadlı nadir müalicəvi nefti ilə məhşur olan Naftalan şəhərinin turizm potensialı haqqında ətraflı məlumat verib, bildirib ki, bü gün şəhərimizdə tibbi turizminin inkişafı üçün zəngin təbii resurs bazası mövcuddur.

Qonaqlarla birgə Naftalan şəhərində turizmin inkişaf konseptinə uyğun olaraq Naftalan bağlarının turizm nümayiş obyektinə çevrilməsi  və Naftalan bağları adlı turizm konseptinin müzakirəsi olub. Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində yerləşən üç bağa müəyyən avadanlıq və abadlaşdırma dəstəyinin göstərilməsi müzakirə olundu.        

Dəstək Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu həmçinin, BMT–nin İnkişaf Proqramı çərçivəsində fəaliyyət göstərən Azərbaycanın regionlarında Dayanıqlı Turizmin İnkişafı layihəsi əsasında baş tutacaq.

Keçidlər