Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

18 iyun 2022 | 10:38

Tədbirdə ŞİH-nin məsul əməkdaşları, həkimlər, tibb işçiləri iştirak ediblər.

Öncə Ulu Öndərin abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb, əziz xatirəsi  ehtiramla yad edilib.

Çıxış  edən  natiqlər insanların sağlamlığının keşiyində dayanmağı özlərinə həyat amalı seçən tibb işçilərini peşə bayramı  münasibətilə təbrik edib, Ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə 17 iyunun “Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü” kimi qeyd olunduğunu  vurğulayıblar. Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsindən, milli tibbin inkişafından, qazanılan uğurlardan, ölkəmizdə səhiyyənin inkişafına Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, birinci-vitse prezidentimiz, hörmətli Mehriban xanım Əliyevanın diqqət və qayğısından danışaraq, əhali üçün yaradılmış yüksək tibb xidmətinə görə Ölkə rəhbərliyinə öz minnətdarlıqlarını  bildiriblər.

Keçidlər