Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərlə növbəti səyyar qəbul keçirilib

24 yanvar 2023 | 14:50

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhərin 1, 2, 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının sakinləri ilə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərin idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.

Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.

Sakinlər şəhər ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Möhtərəm prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər