Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda növbəti səyyar qəbul keçirilib

20 may 2022 | 15:57

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı növbəti dəfə vətəndaşlarla görüşüb. Görüş zamanı bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək, onları həll etmək, əhalinin rahatlığının təminatına və rifahının yaxşılaşdırılmasına xidmət etməkdən ibarətdir.

Qəbulda şəhərin 22, 23, 27, 29, 30 və 31 nömrəli çoxmənzilli yaşayış binalarının sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər səsləndirilib.

Müraciətlərin həlli üçün operativ tapşırıqlar verilib.

Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər