Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda iş adamları ilə görüş keçirilib

25 may 2022 | 15:30

Naftalan Şəhər İcra Hakimiyyətində ŞİH-nin başçısı və SakuraZ Holdingin və Ezone şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı icra başçısı şəhərin sosial-iqtisadi inkişafı quruculuq işləri və qarşıda duran perspektivlər barədə qonaqlara məlumat verib, həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalan şəhərinin beynəlxalq turizm mərkəzinə çevrildiyini vurğulayıb.

Qeyd edilib ki, artıq Naftalan şəhərində Wingz elektrikli skuterlərin istifadəsinə  başlanılıb və 9 dayanacaq məntəqəsi quraşdırılıb. Mikro mobilliyin inkişafı və tətbiqi istiqamətində atılan addımlarda Sakuraz şirkəti fəal iştirak edir. Ən əsası da odur ki, Wingz skuterleri elektriklə çalışdığı üçün ekoloji cəhətdən üstünlük təşkil edir. İnnovativ həllər istiqamətində atılan bu addımlar həm ekologiya üçün həm də Naftalan şəhərinə yeni növ nəqliyyat vasitələrinin tətbiqini hədəfləyir.

Turistlərin və yerli sakinlərin bir nöqtədən digərinə hərəkət etmək eləcə də gəzintiləri üçün bu nəqliyyat növündən fəal istifadəsi müşahidə olunur. Şəhər ərazisində və ölkəmizdə ilk və uzunluğu 7 km veloyolun olması skuterlərin istifadəsini daha da əlverişli edir.

Həmçinin, səmimi söhbət zamanı qarışılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Keçidlər