Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib

16 iyun 2022 | 14:49

              Tədbirdə ŞİH-nin məsul əməkdaşları, Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidməti Gəncə regional miqrasiya idarəsinin rəhbərliyi, Hotel və müalicə mərkəzlərinin nümayəndələri, təhsil, səhiyyə işçiləri, şəhərin bir sıra  idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.

      Tədbiri giriş sözü ilə açan ŞİH-nin məsul əməkdaşı  Şahmar Ədilov tədbirin mahiyyəti barədə iştirakçılara ətraflı  məlumat verib. Gəncə regional miqrasiya idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Orxan Xıdırov Azərbaycan qanunvericiliyində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin  hüquq və vəzifələri, onların olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması qaydaları, vətəndaşlıq məsələləri və DMX-nin digər fəaliyyət istiqamətləri barədə tədbir iştitakçılarını məlumlatlandırıb.

     Gəncə regional miqrasiya idarəsinin digər məsul əməkdaşları miqrasiya qanunvericiliyində əcnəbilərin qeydiyyata alınması və işəgötürənlərin əcnəbi işçini işə götürməsi qaydaları, Dövlət  Miqrasiya Xidməti tərəfindən göstərilən elektron xidmətlər, 919 Çağrı mərkəzi, MİGAZ mobil tətbiqi barədə,  işəgötürənlərlə əcnəbi işçilərin qarşılıqlı hüquq və vəzifələri, miqrasiya qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə iştirakçılara ətraflı məlumat verilib.

        Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər