Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhəri ərazisində təmir və bərpa işləri davam edir

22 iyun 2022 | 12:43

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin sağlamlıq turizminin mərkəzi hesab olunan Naftalan şəhəri ərazisində mütəmadi təmir-bərpa və abadlıq işləri davam edir.

Həmçinin Şəhər İcra Hakimiyyəti başçısının sakinlərlə keçirdiyi səyyar görüşlər zamanı sakinlərin qeyd etdiyi və onları narahat edən problemlərin operativ şəkildə həlli istiqamətində işlər aparılır.

Onların arzu və istəkləri nəzərə alınaraq irəli sürdükləri təkliflərin icrası daim nəzarətdə saxlanılır,  müraciətlərin operativ şəkildə baxılması və həlli məqsədi ilə Şəhər icra hakimiyyətinin başçısı tərəfindən yerində baxış keçirilir, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilir.

Beynəlxalq Turizm Mərkəzi olan Naftalanda son vaxtlar tikinti-quruculuq işləri  geniş vüsət alıb. Şəhərin memarlıq üslubuna xələl gətirən obyektlər müasir memarlıq üslubuna uyğunlaşdırılaraq əsaslı şəkildə yenidən qurulur.

Keçidlər