Şriftin ölçüsü :

Saytın rəngi :

“Naftalan nefti və ondan alınan məhsullar” standartı üzrə Texniki Komitənin (AZSTAND/29) növbəti iclası keçirilib

27 may 2022 | 11:30

Almaniya Standartlaşma İnstitutunun ekspertinin iştirakı ilə “Naftalan nefti və ondan alınan məhsullar” (AZSTAND/29) üzrə Texniki Komitənin  növbəti onlayn iclası keçirilib.

İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin, Naftalan Şəhər İcra Hakimiyyətinin, Naftalan Müalicə və Sağlamlıq Mərkəzinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, “Respublika Epidemiologiya və Gigiyena Mərkəzi” PHŞ-nin, “Abfarma” MMC-nin, “Ağ Naftalan“ MMC-nin, ”Naftalan Məlhəmi” MMC-nin nümayəndələri iştirak edib.

İclas zamanı işlənib hazırlanmış AZS ASTM D1319 “Flüoressent İndikator Adsorbsiyası ilə Neft məhsullarında Karbohidrogenlərin Növlərinin Təyini Üsulu” dövlət standartı layihəsi üzərində müzakirələr aparılıb. Həmçinin, iclasda Texniki Komitənin fəaliyyət istiqaməti haqqında təkliflər, Naftalan neftinin inkişaf istiqamətləri barədə ətraflı məlumatlar verilib. Fəaliyyət planına daxil olan standartların qəbul edilməsi Komitə üzvləri arasında müzakirə olunub.

Keçidlər