Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı yaralı hərbçimizi və ailəsini ziyarət edib

22 sentyabr 2022 | 16:28

15 sentyabr tarixində Naftalan ŞİH-nin başçısı Vüqar Novruzov Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdikləri təxribat nəticəsində yaralanan Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Yavər Qəribovu müalicə aldığı xəstəxanada ziyarət edib, onun səhhəti ilə maraqlanıb.

Həmçinin şəhər rəhbəri, şəhər Polis Şöbəsinin rəisi və şəhər Ağsaqqallar şurasının sədri ilə birlikdə onun ailəsinə baş çəkiblər. İcra başçısı Yavərin özünü yaxşı hiss etdiyini və müalicə aldıqdan sonra yenidən Vətənin müdafiəsinə getmək istəməsini vurğulayıb. Söhbət zamanı Müzəffər ordumuzun böyük şücaət göstərərək torpaqlarımızı işğaldan azad etməsindən danışılıb. Qeyd olunub ki, regionun və dünyanın ən güclü ordularından birinə çevrilmiş şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş missiyanı bu gün də uğurla yerinə yetirir.

Yavər Qəribovun atası övladına, eləcə də digər hərbçilərimizə, yaralılarımıza, Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

İcra başçısı hərbi qulluqçumuzun ailə üzvlərinin qayğıları ilə maraqlanıb qısa müddət ərzində həll edilməsi üçün müvafiq tapşırıq verib.

Qeyd edək ki, Yavərin babası Sadıx Süleymanov 1988-ci ildə öz tarixi torpaqlarından - Qərbi Azərbaycanın Göyçə mahalından qaçqın düşmüşdür.

Keçidlər