Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən Müharibəsi Qəhrəmanı ilə görüşüb

24 iyun 2022 | 14:30

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ərazi bütövlüyümüzün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən mayor Saleh Həsənovla görüşüb. Görüş zamanı 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan müharibədə Vətənimizin igid oğullarının misilsiz qəhrəmanlıqları barədə söhbət açılıb.

Vətən Müharibəsi Qəhrəmanı təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan, xalqımızın vətənpərvərliyindən, Vətən müharibəsi dövründə ön və arxa cəbhədəki birlik və fədakarlığından ətraflı bəhs edib. Ölkə başçımıza göstərdiyi yüksək diqqət və qayğıya görə sonsuz minnətdarlığını bildirib.

Keçidlər