Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qarabağ müharibəsi veteranını ziyarət edib

25 iyun 2022 | 12:01

Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə  yaralanmış əsgər və zabitlərin ailələri ŞİH tərəfindən mütəmadi olaraq evlərində ziyarət edilir.

ŞİH-nin başçısı Vüqar Novruzov Qarabağ müharibəsi veteranı I qrup əlil Dəmirov Yaməddin Hidayət oğlunu evində ziyarət edib. Qazimizin məişət şəraiti ilə yaxından tanış olunub və vətəndaş Dəmirovun ailəsinin istəyinə uyğun olaraq evdə bir sıra çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq köməklik göstərilməsinə aidiyyatı qaydada göstərişlər verilmişdir.

Dəmirov Yaməddin və ailə üzvləri onlara və ümumən qazilərə, şəhid ailələrinə göstərilən hərtərəfli diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər