Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Milli Qəhrəmanın valideynləri ilə görüşüb

26 may 2023 | 17:31

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Sabirabad sakini, Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Aprel şəhidi Murad Mirzəyevin atası Telman Mirzəyev və anası Gülbəyim Mirzəyeva ilə görüşüb. 

ŞİH-nin başçısı görüşdə vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Aprel döyüşlərində işğalçı Ermənistan üzərində qazanılan ciddi hərbi uğur dörd il sonra 44 günlük şanlı Vətən müharibəsində Azərbaycanın möhtəşəm tarixi zəfərinin əsasını qoymuşdur. Tam əminliklə demək olar ki, Aprel döyüşləri böyük qələbənin başlanğıcı olmuşdur.

İcra başçısı Şəhidin valideynlərinin “Qashaltı Health Hotel Naftalan”da müalicəsi ilə də yaxından  maraqlanıb.

Səmimi söhbət zamanı Şəhid atası şəhidlərimizin qanının yerdə qalmadığına və qisaslarının alındığına görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Rəşadətli Azərbaycan ordusuna sonsuz sevgi və təşəkkürünü bildirib. Eyni zamanda Naftalanda olduğu müddətdə ona göstərilən diqqətə və yaradılan şəraitə, göstərilən xoş münasibətə görə təşəkkürünü bildirib.

Keçidlər