Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı iki şəhid anası ilə görüşüb

22 noyabr 2022 | 14:23

Naftalan ŞİH-nin başçısı torpaqlarımızın azadlığı  uğrunda canından keçən birinci Qarabağ müharibəsi Şəhidi Mehman Bayramovun və Aprel döyüşləri Şəhidi Vaqif Bayramovun anası Zeynəb xanım ilə görüşüb.  

Şəhid anası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən oğlu Vaqif Bayramovun şücaətinin və qəhrəmanlığının qiymətləndirilərək 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğu üçün dövlət başçısına sonsuz sevgisini və minnətdarlığını bildirib.

Qeyd edək ki, iki Şəhid anası Zeynəb ananın 75 yaşı tamam olub. Bu münasibətlə Anamızı təbrik edib, səmimi arzularımızı çatdırdıq.

 

Keçidlər