Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Aprel Şəhidinin ailə üzvlərini qəbul edib

21 noyabr 2022 | 15:35

Ölkəmizin bütün bölgələrində olduğu kimi Naftalanda da şəhidlərin xatirəsi daim əziz tutulur, şəhid ailələrinə, qazilərə hər zaman yüksək diqqət və qayğı göstərilir, mütəmadi görüşlər keçirilir, onların problemlərinin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycanın hərb tarixində parlaq tarixi zəfərləri ilə özünəməxsus yer tutan şanlı Aprel döyüşlərinin başlanması Ordumuzun və xalqımızın tarixində yeni dövrün-qələbə dövrünün başlanğıcı oldu. Bu qələbə 44 günlük Vətən Müharibəsində Şanlı Zəfərlə başa çatdı.

Aprel döyüşlərində Naftalanlı kapitan Vaqif Dilqəm oğlu Bayramovda iştirak edərək şəhidlik zirvəsinə ucalıb.

Şəhər İcra Hakimiyyətinin başçısı, ŞPŞ-nin rəisi şəhid kapitanın ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Görüş zamanı şəhidin ailə üzvləri Ölkə Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Vaqif Dilqəm oğlu Bayramovun 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordeni ilə təltif olunmasının şəhidə, onun ailəsinə göstərilən yüksək diqqət və qayğının təzahürü  olduğunu vurğulayaq Ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər. Şəhər rəhbərinə hər zaman şəhid ailələrinin yanında olduğu üçün minnətdarlıqlarını bildiriblər.

Vurğulayaq ki, şəhid Vaqif Bayramovun qardaşı Mehman Bayramov Birinci Qarabağ müharibəsində şəhid olub.

Keçidlər