Şriftin ölçüsü :

Saytın rəngi :

Hava haqqında məlumat

05 yanvar 2023 | 18:00

Bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 07-si axşam şimal və qərb rayonlarından başlayaraq 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb  küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 0-5° şaxta, gündüz isə 4°-dək isti, dağlıq rayonlarda isə gecə 10-15° şaxta, gündüz 5-8° şaxta  olacaq.

Gözlənilən yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı var.

Keçidlər