Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc Könüllülər” yay düşərgəsi üçün Naftalana səfər ediblər

08 sentyabr 2022 | 12:08

Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə “Gəncliyimiz” adlı yay düşərgəsi Naftalan şəhərində təşkil olunub.

Gənclərin yay aylarında asudə vaxtını səmərəli keçirmələri, qeyri-formal təhsil formatında yeni biliklər əldə etmələri və könüllülük fəaliyyətinin əsas prinsipləri ilə yaxından tanış olmaları məqsədi ilə 90 nəfər gənc könüllülər 01-05 sentyabr 2022-ci il tarixlərdə Naftalanda olublar.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə yay tətilini daha səmərəli və əyləncəli keçirmək məqsədilə “Gəncliyimiz”  yay düşərgəsi başa çatıb. Təşkil olunan düşərgəyə 90 nəfər Gənc Könüllü qatılıb.

Düşərgə çərçivəsində iştirakçılar ünsiyyət bacarıqları və könüllülərin inkişaf prosesinə dəstək məqsədli bir çox təlim və seminarlarda iştirak ediblər. Düşərgə müddətində iştirakçılar üçün komanda ruhu formalaşdıran oyunlar, intellektual yarışlar, musiqili-əyləncəli proqramlar və sair fəaliyyətlər həyata keçirilib. İştirakçılara düşərgə boyu həyata keçirilən fəaliyyətlərdə fəal iştiraklarına görə sertifikatlar təqdim edilib.

Keçidlər