Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və Təbii Sərvətlər Naziri Naftalanda vətəndaşları qəbul edib

31 yanvar 2023 | 15:23

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 31 yanvar 2023-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Naftalanda Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Keçirilən vətəndaş qəbulu zamanı ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, biomüxtəliflik, mineral xammal, hidrometeorologiya, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər