Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Könüllülər Günü münasibəti ilə tədbir keçirilib

07 dekabr 2022 | 15:04

5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Naftalanda tədbir keçirilib.

Tədbirdə, ŞİH-nin başçısı, Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, ŞİH-nin məsul əməkdaşları və könüllülər iştirak ediblər.

İlk öncə icra başçısı könüllülərlə birgə şəhər ərazisində ağacəkmə aksiyasında iştirak edərək, onları “Beynəlxalq Könüllülər Günü” münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən natiqlər, qeyd ediblər ki,  bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını respublikamızda yüksək səviyyədə təmsil edən milli cəmiyyətdir. AzQAC-nin respublikada həyata keçirdiyi humanitar və sosial layihələr müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığını, təbii fəlakətlər və texnogen qəzalar zamanı davranış qaydalarını, ilk yardım və bu sahədə digər vərdişlərin mənimsənilməsi üzrə layihələrin  uğurlu icrası  buna misaldır. Ölkə Prezidentimiz tərəfindən könüllülərə göstərilən diqqət və qayğı nəticəsində bu istiqamətdə həyata keçirilən layihələrdə xeyli könüllü gənclər qoşulmuş və bu layihələrin həyata keçirilməsinə öz töhfələrini vermişlər.

Sonda cəmiyyətin fəal könüllüləri diplom və fəxri fərmanlarla təltif olunublar.

Keçidlər