Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Naftalan şəhərində vətəndaşları qəbul edib

25 may 2023 | 17:31

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov mayın 25-i saat 10:00-da Naftalan şəhərində Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutub.

Qəbuldan əvvəl “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və ŞİH-nin başçısı Vüqar Novruzov Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub və əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Vətəndaşlar bölgələrdə qəbulla bağlı göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər