Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan Möcüzələri”-nin israilli qonaqları Naftalanda

25 noyabr 2022 | 12:07

Bu gün beynəlxalq turizm mərkəzinə çevrilmiş Naftalan şəhərinə dünyanın bir çox ölkəsindən qonaqlar gəlir.

 “Azərbaycan Möcüzələri” adlı səfər proqramı çərçivəsində israilli qonaqlar da Naftalan şəhərini ziyarət edib, şəhərdə fəaliyyət göstərən Hotel və Turizm mərkəzlərində olublar. Qonaqlar Naftalan neftinin möcüzəsi ilə yaxından tanış olub, naftalan nefti ilə aparılan müalicə prosedurlarından istifadə ediblər.

Səfərin məqsədi təbii sərvətlərlə yaxından tanış olmaq, gələcəkdə bu cür proqramları mütəmadi olaraq davam etdirməkdir.

Keçidlər