Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyənin baş konsulu Naftalanda olub

27 aprel 2022 | 16:00

Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu cənab Zəki Öztürk və nümayəndə heyəti Naftalan şəhərində olub.
   Qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Kompleksi ziyarət edib, önünə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
   Səmimi söhbət zamanı Naftalan ŞİH-nin başçısı qonaqlara bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qardaş ölkələr arasındakı mövcud münasibətlər bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf edir və  münasibətlərimiz  hər bir ölkəyə nümunə ola biləcək səviyyəyə çatıb. Qeyd olunub ki, Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın mübarizəsində daim onu dəstəkləyib. Qardaş ölkə Azərbaycanı dəstəkləməklə haqqın, ədalətin tərəfində olduğunu nümayiş etdirib. Həmçinin, icra başçısı şəhərin turizm potensialı haqqında qonaqlara ətraflı məlumat verib.
   Türkiyəli qonaq Naftalanda olmaqdan məmnunluğunu ifadə edib, Türkiyənin Sarıkaya ilçəsində də müalicəvi əhəmiyyətli termal hotellərin olduğunu vurğulayaraq, gələcəkdə hər iki şəhər arasında əlaqələrin genişlənməsi barədə fikirlər irəli sürüb.
   Həmçinin, Türkiyəli qonaqlar Müalicə Mərkəzində naftalan nefti ilə həyata keçirilən prosedurlarla da yaxından tanış olublar.
   Sonda qonaqlara ŞİH tərəfindən xatirə hədiyyələri təqdim olunub.

 

Keçidlər