Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda çoxmənzilli yaşayış binaları təmir edilir

27 aprel 2022 | 06:50

Son illər beynəlxalq turizm şəhərinə çevrilən Naftalanda turizmlə bərabər həm də infrastrukturun yenilənməsinə və onun müasir tələblər səviyyəsində qurulmasına diqqət artırılıb.
   Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların kommunal sahədə mövcud olan bir sıra problemləri öz həllini tapmışdır. Həmçinin şəhər ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində uzun illərdən bəri təmirsiz qalmış çoxmənzilli yaşayış binalarının blokları da əsaslı təmir olunur.
   Şəhər İcra Hakimiyyətinin başçısı bloklarda təmir işləri aparılan binalara baxış keçirib, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.
       Qeyd edək ki, işlər mərhələli şəkildə bütün binaları əhatə edəcəkdir.

 

Keçidlər