Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərişıq" ASC-nin sədri Naftalan şəhərində vətəndaşları qəbul edəcək

24 may 2023 | 10:01

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov may ayının 25-i saat 10:00-da Naftalan şəhərində Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Naftalan şəhəri, H.Əliyev prospekti 73 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Keçidlər